“Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
23.05.2025 - 14:55

Türkiyə çempionu “Qalatasaray” futbolçusu Yunus Akgünlə müqavilə müddətini uzadacaq.
Apasport.az xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəliblər.
Türkiyə millisinin üzvü ilə yaxın günlərdə 4 illik yeni müqavilə imzalanacaq. 24 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm “sarı-qırmızılılar”ın heyətində 44 oyunda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0