"Qalatasaray" Muslera ilə yeni müqavilə imzalayacaq
09.03.2024 - 14:44
13 ildir "Qalatasaray"da çıxış edən Fernando Musleranın "sarı-qırmızılar"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Apasport.az məşhur insayder Nikolo Şiraya istinadla xəbər verir ki, "aslanlar" uruqvaylı əlcəklə 2025-ci ilə qədər qüvvədə olan yeni müqavilə imzalayacaq.
Ötən gün keçirilən “Rizəspor” matçında Fernando Muslera Super Liqada 400-cü matçına çıxıb və bu rəqəmə çatan ilk əcnəbi futbolçu olub.
Qeyd edək ki, "Qalatasaray" 2011-12 mövsümünün əvvəlində Fernando Musleranın transferi üçün "Latsio"ya 6,75 milyon avro ödəyib.
- "Qarabağ" "Ludoqorets"ə məğlub oldu - YENİLƏNİB
- Superkubokun təqvimi müəyyənləşdi
- İlkay Gündoğan “Qalatasaray” iddialarına son nöqtəni qoydu
- Sabiq qapıçı qadın aparıcının həyatını xilas edib - VİDEO
- Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
0
0