"Qalatasaray" danimarkalı müdafiəçisi Viktor Nelsson və uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyra barədə yekun qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul klubu dünya çempionatında çıxış edən futbolçuların qışda komandadan ayrılmasına icazə verməyəcək.
Adıçəkilən oyunçuların mundialda yaxşı performans göstərəcəyi halda gələcək transfer təklifləri dəyərləndirilməyəcək.
Cari mövsümdə çempion olmaq istəyən "sarı-qırmızılar" həmçinin fransalı cinah müdafiəçisi Saşa Boeni də komandada saxlamaq istəyir.
Qeyd edək ki, "Qalatasaray" hazırda Super Liqada 27 xalla 2-cı sırada qərarlaşıb.
- Azər Bağırov: "Dirəyin aşması, yağışın yağması Ehtiram müəllimin günahı deyil"
- “Xorvatiya nəticə qazanmağı bacarır” - PROQNOZ
- AFFA-nın baş katibi Fransada bir sıra görüşlər keçirib
- Rəşad Rəsullu: "Məqsədimiz qadınlar arasında olimpiya birincisi yetişdirməkdir"
- Millimiz Belçikada bürünc medal qazanıb