"Ali Koç və dəstəsi. Mən həyatımda belə prezident görməmişəm".
Apasport.az xəbər verir ki, bu sözləri "Qalatasaray" klubunun İdarə Heyətinin üzvü Süheyl Batum deyib.
O, Ali Koçun açıqlamalarına reaksiya bildirib:
"Açıqlamalarında "şərəfsizlər, alçaqlar, oğrular", - deyə xitablar edir. "Qalatasaray" rəhbərliyinin buna reaksiya verməməsini haqlı sayıram. Bu cür adamlarla eyni səviyyəyə düşməmək lazımdır. Mütləq. "Yox, şərəfsiz sənsən", deməyin bir mənası yoxdur. Bunu Ali Koç üçün demirəm. Amma bizdə bir atalar sözü var:
“Mən deyilənə baxaram, sözdümü deyə, deyənə baxaram, adamdımı deyə?”
Bunu sırf "Fənərbaxça" prezidenti üçün demirəm. Lakin dediyim atalar sözünü belə çevirə bilərik: deyilən sözləri kimin söylədiyinə baxaram. Ali Koçun, sözləridir, yoxsa Acun Ilıcalının... Nə olursa olsun, bu səviyyəyə düşməməliyik".
- "Qarabağ" üçün şad xəbər: Qapıçı problemi həll oldu
- Rəşad Sadıqov: “Hücum xəttində passiv oynadıq”
- U-17 millimiz Fransa, İsrail və Rumıniya yığmalarına rəqib olub
- “Qızıl top”u qazanan 5-ci fransalı: “Ronaldonun ayrılığı mənə motivasiya verdi”
- Millətlər Liqasında 7 matç: Mundialın finalçıları qarşı-qarşıya