“Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
28.06.2026 - 21:09
“Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər

“Qalatasaray” müdafiəçisi Davinson Sançezlə bağlı qərarını verib. 

Apasport.az xəbər verir ki, İstanbul klubu kolumbiyalı futbolçunun meneceriylə görüşüb. 

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, “sarı-qırmızılar” futbolçunun menecerinə klubun gözləntilərini qarşılayan təklif gələcəyi halda Sançezin satışını dəyərləndirə biləcəyini bildirib.

Qeyd edək ki, Davinson Sançez 2023-cü ildən “Qalatasaray”da çıxış edir. Müdafiəçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.