"Qalatasaray"a geri dönür
09.01.2024 - 12:15
“Qalatasaray” icarəyə verdiyi futbolçusunu geri çağırıb.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi yayda “Cenoa”ya göndərdiyi Berkan Kutlunun geri qayıtmasını istəyib.
İddialara görə, 25 yaşlı yarımmüdafiəçi yaxın günlərdə “sarı-qırmızılı” komandaya qoşulacaq. Futbolçunun İtaliya klubu ilə razılaşması mövsümün sonuna kimi nəzərdə tutulsa da, İstanbul klubu istədiyi zaman oyunçunu geri qaytarmaq ixtiyarına sahib idi.
Qeyd edək ki, bu mövsüm 8 matçda “Cenoa” forması geyinən Kutlu 715 dəqiqə meydanda olub.
- Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Argentina darmadağınla Finalissimanın qalibi oldu!
- Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib - FOTO
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
0
0