“Qalatasaray”ın zədəli futbolçusu Viktor Osimhenin durumunda müsbət irəliləyiş var.
Apasport.az xəbər verir ki, “Sabah” nəşrinin məlumatına görə, nigeriyalı hücumçunun müalicə və reabilitasiya prosesi plan üzrə davam edir.
Osimhen sentyabrın əvvəlində “Başakşəhər”lə Super Liqa matçında sağ qasıq nahiyəsindən zədələnib. “Qalatasaray” həmin vaxt futbolçunun sağ adduktor əzələ qrupunda gərginlik və ağrı olduğunu açıqlayıb.
Son məlumatlara əsasən, 27 yaşlı forvardın milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana qayıtması gözlənilir. Osimhenin oktyabrın 9-da keçiriləcək “Qalatasaray” – “Kasımpaşa” qarşılaşmasında iştirak edə biləcəyi bildirilir.
Qeyd edək ki, Osimhen zədələnməzdən əvvəl “Qalatasaray”ın heyətində “Başakşəhər”lə görüşdə də fərqlənmişdi.
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı
- “İnter”də yeni müqavilə: DİMARKO KLUBDA QALACAQ
- “Qalatasaray”dan ulduz forvarda təklif – 10 milyon maaş, 5 milyon bonus
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- “Zirə” - “Turan Tovuz” matçının hakimləri bəlli oldu