“Qalatasaray”da ayrılıq baş verə bilər
30.07.2025 - 16:26
“Qalatasaray”da ayrılıq baş verə bilər

Türkiyə çempionu 22 yaşlı müdafiəçisi Kazımcan Karataş ilə yolları ayıra bilər.

Apasport.az xəbər verir ki, türkiyəli futbolçu ilə 1-ci liqa təmsilçisi “Amedspor” yaxından maraqlanır. Klublar arasında danışıqlar gedir.

Gənc müdafiəçi İstanbul təmsilçisinin gələcək planlarında yer almır.

Qeyd edək ki, Kazımcan Karataş ötən mövsümü icarə əsasında “Orenburq”da keçirib.