"Qalatasaray"da Dibala səsləri
28.11.2025 - 15:15
"Qalatasaray" Argentina millisinin sabiq üzvü Paulo Dibalanı heyətinə qatmağı planlaşdırır.
Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, Türkiyə çempionu argentinalı üçün danışıqlara başlayıb. "Qalatasaray" Dibalanın istədiyi maaşı verməyə hazırdır.
32 yaşlı futbolçunun "Roma" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “İnstituto”(Argentina), “Palermo”, “Yuventus”(hər ikisi İtaliya) klublarında oynadıqdan sonra 2022-ci ildə “Roma”ya keçib.
- Qurban Qurbanov: “Rahat olmalı deyilik ki, hər şey alınır”
- Elmar Baxşıyev: “Mən daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirəm”
- Mundialların unikal “11-liy”i - moizəçi, poçtalyon, alkaş, yazıçı...
- "Zirə" Tovuzda qalib gəldi, "Qəbələ" Bakıda büdrədi - YENİLƏNİB
- Xorvatiya millisinin məşqçisi Argentina ilə oyun zamanı qovulub
0
0