“Qalatasaray”da ispaniyalı hücumçu Alvaro Morata ilə bağlı ciddi problem yaşanır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Morata “Qalatasaray”dan ayrılıb İtaliyanın “Komo” klubuna keçmək istəyir.
Ancaq İstanbul təmsilçisi onu asanlıqla buraxmaq niyyətində deyil. Klub, icarə müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün 6 milyon avro tələb edir.
“Milan”dan icarəyə götürülən 32 yaşlı futbolçu komandanın son məşqinə qatılmayıb və hələ də İspaniyadadır və geri dönmək fikrində deyil.
Moratanın “Qalatasaray”la icarə müqaviləsinin müddəti 20 yanvar 2026-cı ilə kimidir. Onun Türkiyədəki gələcəyi isə hələlik sual altındadır.
- Juninyonun həyat yoldaşından "Qarabağ" paylaşımı
- Dünyanın ən yaxşı 50 məşqçisinin siyahısı AÇIQLANDI
- Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb
- İdmançımız Balkan çempionatında gümüş medal qazanıb
- Fərid Qayıbov Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb - FOTO