"Qalatasaray" yeni mövsümdə müdafiə xəttini gücləndirmək üçün transfer işlərinə başlayıb.
Apasport.az xəbər verir ki, "cimbom" "Yuventus"un müdafiəçisi Qleyson Bremeri transfer etmək istəyir.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi braziliyalı mərkəz müdafiəçisinə illik 8 milyon avro maaş təklif edib.
Oyunçunun özü və klubuyla hazırda danışıqlar gedir.
Bremerin "Yuventus"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
29 yaşlı futbolçu 2022-ci ildən "Yuventus"un formasını geyinir. O, daha əvvəl Braziliyada "Atletiko Mineyro", İtaliyada isə "Torino"nun şərəfini qoruyub.