“Qalatasaray”dan Kamavinqa Həmləsi
20.05.2026 - 04:13
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Qalatasaray” maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, “sarı-qırmızılılar” La Liqa klubundan Fransa millisinin üzvünün hazırkı transfer vəziyyəti ilə bağlı məlumat alıb. Onun sözlərinə görə, hələlik rəsmi təklif irəli sürülməyib.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildən “Real Madrid”də çıxış edir.
0
0