Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün lider “Qalatasaray” meydana çıxıb.
Komanda “Konyaspor”la qarşılaşıb. Görüşdə hesabı Viktor Osimhen açıb. Nigeriyalı forvard penaltini dəqiq yerinə yetirib.
“Sarı-qırmızılılar”ın yeni transferi Ahmet Kutucu da bu matçda debüt edib. O, sarı vərəqə ilə cəzalandırılıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qalatasaray” bu qalibiyyətlə xallarının sayını 54-ə çatdıraraq, liderliyini davam etdirir.
Türkiyə Super Liqası
XXI tur
14:30. “Sivasspor” – “Kayserispor” – 5:2
17:00. “Alanyaspor” – “Başakşəhər” – 5:4
20:00. “Qalatasaray” – “Konyaspor” – 1:0
- "İlin Qalibləri - 2022" üçün namizədlər açıqlandı
- Millətlər Liqasında qol maşınları və ya Emreli, Şeydayev...
- Cerrard “Liverpul”a çempionluq hədiyyə edə biləcəkmi? - Premyer Liqada mövsüm bitir
- “Mançester Yunayted” müdafiəçisini icarəyə verir
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə