“Qalatasaray”dan Leaoya yeni təklif
26.07.2026 - 21:47
“Qalatasaray” Rafael Leaonu heyətinə qatmaq üçün “Milan”a təklif göndərib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İstanbul klubu portuqaliyalı hücumçunu satınalma hüququ ilə icarəyə götürmək istəyir.
Lakin “Milan” futbolçunu yalnız satmağa razıdır.
Qeyd edək ki, Portuqaliya millisinin üzvünün "rossonyerilər"lə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
0
0