“Qalatasaray”dan Okan Buruk qərarı
14.09.2023 - 16:39
“Qalatasaray” baş məşqçisi Okan Burukla müqaviləni artıracaq.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu 50 yaşlı məşqçinin agenti ilə yaxın vaxtlarda danışıqlara başlayacaq.
Klub rəsmiləri mütəxəssisin gələn ili yayında bitəcək müqaviləni ən azı daha 3 illik uzatmağı düşünür. Danışıqlarla bağlı açıqlama verən Buruk burada olduğu üçün xoşbəxt olduğunu və istənilən təklifi qəbul edəcəyini bildirib.
Qeyd edək ki, ötən mövsüm “Qalatasaray”la Türkiyə çempionu olan Okan Buruk 2022-ci ilin yayında komandanın sükanı arxasına keçib.
- “Qarabağ” – “Neftçi” matçının tarixi bəlli olub
- “Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
- “Mançester Yunayted” yeni transferlər üçün 230 milyon avro ayırıb
- Aslan Kərimov: "Qarabağ"ın bu matçda qalib gəlməsi təəccüblü olmamalıdır"
- Premyer Liqa tarixində rekord: Ceyms Milner Zirvədə
0
0