"Qalatasaray"ın əfsanə futbolçusu karyerasını başa vurur
02.11.2024 - 13:30
"Qalatasaray"ın qapıçısı Fernando Muslera gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, uruqvaylı qolkiper peşəkar futbolla vidalaşır. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.
38 yaşlı futbolçu mövsümün sonunda karyerasını başa vuracaq.
Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. Təcrübəli qapıçı İstanbul təmsilçisinin heyətində 521 rəsmi matçda meydana çıxıb. O, "sarı-qırmızılar"ın forması ilə 7 dəfə Türkiyə çempionu olub.
- “Adana Demirspor” Şahruddin Məhəmmədəliyevin transferini açıqladı
- Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında iştirak edib
- Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
- Haaland yenə səhnədə: “Siti” “Liverpul”u məğlub etdi
- “Azarkeşlər yalnız məni təhqir edəcəklər”
0
0