“Qalatasaray”ın planı: Barış Alperin yerinə Koman
30.06.2025 - 15:54

“Qalatasaray” bir neçə klubun yaxından maraqlandığı Barış Alper Yılmaza əvəzləyici tapıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı vingerin ayrılması halında “Bavariya”dan Kinqsli Koman üçün hərəkətə keçəcək.
“Cimbom” Barış üçün 35 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcək.
Onun ilə “Leypziq”, “İnter” və bir neçə Premyer Liqa klubu yaxından maraqlanır.
Qeyd edək ki, PSJ yetirməsi olan Koman 2017-ci ildən “Bavariya”nın şərəfini qoruyur.
0
0