Türkiyəli futbolçu Kazımcan Karataş milli komanda karyerası ilə bağlı mühüm qərar verib.
Apasport.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi Şimali Makedoniya millisindən aldığı dəvəti qəbul edib.
Türkiyənin U-17, U-19 və U-21 yığmalarında çıxış edən Karataş əsas milli komandada debüt etmədiyi üçün FIFA-nın mövcud qaydalarına əsasən yığma seçimini dəyişə bilib.
Məlumata görə, Şimali Makedoniya Futbol Federasiyası futbolçunun qərarını məmnunluqla qarşılayıb və onun yaxın toplanışda yeni komandanın düşərgəsinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, Kazımcan Karataşın hüquqları “Qalatasaray”a məxsusdur. O, ötən mövsümü icarə əsasında “Başakşehir”də keçirib.
- Rahid Əmirquliyev: "Qarabağ”a qarşı bunu etmək mümkündür" - MÜSAHİBƏ
- Amerika Kuboku: Argentinanın rəqibi bəlli oldu
- “Paris-2024”: Azərbaycanın 5 paracüdoçusu lisenziya şansını saxlayır
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Azərbaycan çempionatının oyunları təxirə salındı - SON DƏQİQƏ