"Qalatasaray"lı futbolçu Rusiya klubu ilə anlaşıb
15.08.2024 - 13:33
Superliqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Rusiyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi “Spartak”la razılaşıb. Onun Moskva təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.
Kerem 2020-ci ildən “Qalatasaray”da çıxış edir. O, “cim-bom”la 175 oyunda 44 qol vurub, 39 məhsuldar ötürmə edib.
- Sobolenko kortda evlilik təklifi aldı: Cavab özünü gözlətmədi
- “Sumqayıt”ın prezidenti ilə jurnalistlər arasındakı məhkəmənin vaxtı bəlli olub
- Uels millisinin sabiq futbolçusuna Azərbaycandan təklif
- Samir Abbasov: “Bu oyun bizim üçün dərs olmalıdır” - MÜSAHİBƏ
- "Neftçi"nin istədiyi sabiq "Sumqayıt"lı Meksika klubunda
0
0