"Qalatasaray"lı futbolçuların motivasiyası üçün növbəti səbəb
14.01.2025 - 12:58
Türkiyə Super Liqası komandalarından “Qalatasaray”ın Prezidenti Dursun Özbek oyunçularını sevindirib.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özbek Super Liqanın 19-cu turu çərçivəsində səfərdə “Başakşehir”i 2:1 hesabı ilə məğlub edən oyunçulara toplam 15 milyon lirə bonus verəcək.
Həmçinin prezident klubun qarşıdakı oyunları da qalibiyyətlə başa vuracağı təqdirdə, bonusun artacağını bildirib.
Qeyd edək ki, 19 turu geridə qalan Türkiyə Super Liqasında “Qalatasaray” 50 xalla vahid liderdir.
- “Kasımpaşa” təklifi qəbul edib, “Fənərbaxça” zaman istəyib
- “Mançester Yunayted”də şok ayrılıq: Yayda klubu tərk edəcək
- “Kəpəz”in kapitanı: “Bu gün "Qarabağ"a qalib gəlmək asan deyil” - MÜSAHİBƏ
- "Azerreyl" legioneri ilə yollarını ayırdı
- Elçin Usub: "Bu mövsüm əcnəbi futbolçu gətirmək fikrimiz yoxdur" - MÜSAHİBƏ
0
0