“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Dinamo” (Zaqreb) “Fənərbaxça”nın futbolçusu Rayan Kentə “elçi düşüb”.
Apasport.az xəbər verir ki, Xorvatiya təmsilçisi oyunçuya rəsmi təklifini bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kent “Fənərbaxça”dan ayrılmaq istəmir və “Dinamo”ya “yox” deyib.
Daha əvvəl isə "Fənərbaxça"nın yeni mövsüm planlarına daxil edilməyən Rayan Kentə Fransanın "Nitsa" klubundan təklif gəlib.
İngiltərəli cinah oyunçusu “Fənərbaxça”da 19 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Dinamo” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ı 3:0 hesabıyla məğlub edib. Cavab görüşü avqustun 28-də Bakıda olacaq.
- AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov vəfat edib
- "Azərreyl"dən avrokuboka uğurlu start - FOTOLENT
- "Arsenal"a daha bir zərbəni autsayder vurdu
- "İnter"in keçmiş hücumçusu 2 il müddətinə futboldan uzaqlaşdırılıb
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə təkmilləşdirmə kursu keçirilib