“Qarabağ”ın rəqibi “Qalatasaray”ın futbolçusunu istəyir
02.09.2024 - 09:07
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, Pirey təmsilçisi “Qalatasaray”ın cinah oyunçusu Hakim Ziyeşlə maraqlanır. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Xəbərdə “Olimpiakos”un Ziyeşlə danışıqlara başladığı bildirilib.
Mərakeşli oyunçu Yunanıstan klubundan 3 milyon avro maaş tələb edir.
Ziyeş “Qalatasaray”la ümumilikdə 27 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Qarabağ” “Olimpiakos”la 2025-ci il, yanvarın 30-da Yunanıstanda üz-üzə gələcək.
- Rıdvan Yılmaz: "Hər şey üçün çox darıxmışdım"
- Premyer Liqada "ayın qolu" mükafatına namizədlər açıqlanıb - VİDEO
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- Stolüstü tennisçilərimiz “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
- UEFA Joze Mourinyonu cəzalandırıb
0
0