"Qarabağ"ın rəqibi rekord seriyasını uzatdı
08.03.2024 - 10:28
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi "Bayer" rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, Almaniya klubu məğlubiyyətsizlik seriyasını 35 matça yüksəldib.
“Bayer” “Qarabağ”la (2:2) matçda məğlubiyyətdən çox çətinliklə qurtulsa da, bununla da görünməmiş seriyasını uzatdı. Klub bu mövsüm iştirak etdiyi bütün turnirlərdə bir oyun belə uduzmayıb.
"Qarabağ"la cavab oyunu gələn həftə Leverkuzendə baş tutacaq.
Qeyd edək ki, Leverkuzen təmsilçisi Bundesliqada liderdir, o, “Bavariya”nı 10 xal qabaqlayır.
- Emre Belözoğlu Halil Umut Melerin söylədiklərinə münasibət bildirib
- Misli Premyer Liqasında XVIII turun hakimləri açıqlandı
- İslandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
- Qurban Qurbanov təlim-məşq toplanışını dəyərləndirdi - VİDEO
- Okan Burukdan oyun qrafikinə etiraz: “Kubok matçının günü dəyişdirilməlidir”
0
0