"Qarabağ"ın rəqibindən qələbə - VİDEO
05.02.2024 - 09:56
Portuqaliya çempionatının 20-ci turunda "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Braqa" evdə "Moreyrense" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, ev sahibi komanda minimal hesabla qonaqları məğlub edib. Qarşılaşmanın tək qolunu 8-ci dəqiqədə Abel Ruiz vurub.
Bu göstərici ilə xal ehtiyatını 40-a çatdıran "Braqa" 4-cü pillədə möhkəmlənib.
Xatırladaq ki, “Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyev qarşılaşmanı tribunadan izləyib.
Qeyd edək ki, Ağdam klubu fevralın 15-də səfərdə, 22-də isə evdə "Braqa" ilə qarşılaşacaq.
- Qurban Qurbanov: "Futbolda bizim düşünmədiyimiz nəticələr də qeydə alına bilir"
- "Uşaq liqalarındakı oyunları diqqət mərkəzində saxlayırıq"
- Şahin Bağırov yığma komanda ilə görüşdü
- "Neftçi"nin 3 futbolçusu məşqləri buraxdı
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
0
0