“Qarabağ”la oyunöncəsi “Çelsi”də CİDDİ İTKİ
04.11.2025 - 19:58
"Çelsi" UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsiində Bakıda "Qarabağ"ın qonağı olacaq.
Apasport.az xəbər verir ki, "zadəganlar" oyuna ciddi itki ilə çıxacaq.
Pedro Neto Bakıdakı matçda komandasına kömək edə bilməyəcək.
Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
Portuqaliyalı vinger Premyer Liqanın X turunda "Tottenhem"lə səfər matçında (1:0) zədələnib.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
- Qurban Qurbanov: "O qədər dinə riayət etməyən var ki, mərddir" – MÜSAHİBƏ
- "Gəncə"nin baş məşqçisi: "Bu, bizim üçün önəm daşıyırdı"
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Premyer Liqada son 10 mövsümün rekordu
- “Brentford”un futbolçusunu diskvalifikasiya gözləyir - SƏBƏB
0
0