Asiya Futbol Konfederasiyası (AFC) tərəfindən bu il 18-ci dəfə təşkil olunan turnirin açılış matçında ev sahibi Qətər Livanı 3:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "Lusail stadionu"nda keçirilən matçda Qətərin qollarını Əkrəm Afif (2) və Almoez Əli vurub.
Xatırladaq ki, 2023-cü ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Asiya Kuboku Çinin Covid-19 epidemiyasına görə ev sahibliyindən çıxmasından sonra Qətərə köçürülüb və 2024-cü ilə təxirə salınıb.
Turnirin qrup oyunları 12-25 yanvarda, son 16 tur 28-31 yanvarda, 1/4 final 2-3 fevralda, yarımfinal oyunları isə 6-7 fevralda keçiriləcək.
2023-cü il Asiya Kubokunun final oyunu fevralın 10-da dünya çempionatının da finalının oynanıldığı "Lusail stadionu"nda keçiriləcək.
Qeyd edək ki, Qətər Asiya Kubokundan əldə etdiyi bilet gəlirlərini İsrailin hücumu altında olan fələstinlilərə dəstək üçün bağışlayacaq.
- Yeqor Titovdan Pireney derbisinə PROQNOZ
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
- Müəllim Alleqri, tələbələr isə Fabreqas və Hamşik
- ABL: “Şəki” yarımfinala vəsiqə qazanıb
- “Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi"