Qittens təklifləri dəyərləndirməyəcək
17.06.2025 - 20:23

“Çelsi” ilə prinsipial razılığa gələn Ceymi Qittens digər klubların təkliflərini
dəyərləndirməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Borussiya” ilə razılıq əldə olunacağı halda ingiltərəli vinger “zadəganlar”la 7 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Qittens Dortmund klubunun yetirməsidir. 21 yaşlı futbolçu başa çatan mövsümdə 48 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0