İngiltərənin "Fulhem" klubu hücumçu Qonzalo Qarsiyanın transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa təmsilçisi 22 yaşlı ispaniyalı forvardı "Real"dan 40 milyon avro qarşılığında transfer edib.
Müqaviləyə əlavə 2 milyon avro bonus da daxil edilib. Bununla yanaşı, Madrid klubu futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 30 faizini alacaq.
Qeyd edək ki, Qonzalo Qarsiya "Real"ın yetirməsidir. O, ötən mövsüm əsas komandanın heyətində bütün turnirlərdə 28 oyuna çıxaraq 14 qol vurub və 5 məhsuldar ötürmə verib.