Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
19.05.2026 - 12:31
Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr

“Mançester Siti”də Pep Qvardiola dövrünün başa çatacağı ilə bağlı iddialar fonunda yeni baş məşqçi məsələsi gündəmə gəlib.

Apasport.az xəbər verir ki, İngiltərə nəhəngi italiyalı mütəxəssis Enzo Mareska ilə razılığa gəlib.

Fabritsio Romanonun məlumatına görə, tərəflər 3 illik müqavilə üzrə anlaşma əldə ediblər. Mareskanın mövsümün sonunda Qvardiolanı əvəzləyəcəyi gözlənilir.

Qvardiolanın klubla müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, ispaniyalı mütəxəssisin mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.

Qeyd edək ki, Enzo Mareska daha əvvəl “Mançester Siti”də Qvardiolanın köməkçilərindən biri olub. O, son olaraq “Çelsi”ni çalışdırıb.