Qyökereş addım-addım Premyer Liqaya
31.03.2025 - 17:17
Premyer Liqa nəhənglərindən “Arsenal” “Sportinq”in və İsveç millisinin futbolçusu Viktor Qyökereş ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
"Topçular"ın hücumçu mövqeyinə əsas namizədi Qyökereşdir.
London klubu futbolçunun transferi üçün yayda “Sportinq”lə danışıqlara başlayacaq.
İsveçli hücumçunun Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir. 26 yaşlı isveçli cari mövsümdə 42 oyunda 42 qol vurub.
- Antoni “Yuventus”un radarında
- Adil Şükürov: “Məşqdə gördüyümüz futbolçularla oyunda gördüklərimiz tam fərqlidir”
- “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
- Konfrans Liqası: “Fənərbaxça” və “Beşiktaş”ın rəqibləri bilindi
- Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik”
0
0