Rafinya “Barselona” ilə müqavilə bağladı
11.07.2022 - 11:32
“Lids”in hücumçusu Rafinyanın yeni klubu müəyyənləşib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçu “Barselona” ilə müqavilə imzalayıb.
Braziliya millisinin üzvünün kataloniyalılarla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Forvardın illik maaşı 6 milyon avro olacaq. “Barselona” Rafinyanın transferi üçün “Lids”ə təxminən 55 milyon avro ödəyəcək.
Qeyd edək ki, Rafinya “Lids”ə 2020-ci ildə “Renn”dən keçib.
- Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
- Azərbaycan çempionatında 24 illik rekord təkrarlandı
- PSJ-ni məğlub edən məşqçi: "Futbol məzarlığı favoritlərlə doludur”
- Qurban Qurbanov: "Millinin yeni baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq”
- "Bavariya" yeni idman direktoru tapıb
0
0