Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək
05.07.2024 - 00:25
Azərbaycanlı müdafiəçi Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək.
Apasport.az xəbər verir ki, o, “Radomyak”la 2 illik müqavilə imzalayıb.
Rahil yanvar ayında Polşanın LKS klubuna transfer olunub. O, komandanın güclülər liqanı tərk etməsindən sonra Lodz təmsilçisi ilə yollarını ayırıb.
Məmmədov “Radomyak”la danışıqları yekunlaşdıraraq 2 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçunun yeni klubu son mövsümdə Ekstraklasanı 38 xalla 15-ci pillədə başa vurub.
Qeyd edək ki, Rahil ötən mövsümün ikinci hissəsində LKS-in heyətində 16 oyunda forma geyinib.
- Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
- "Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında - FOTO
- “Qarabağ”da sevindirici xəbər: Bəhlul məşqlərə başladı
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- Çempionlar Liqasında görünməmiş BOMBARDİR
0
0