Rahil Məmmədovun komandası uduzdu
27.07.2024 - 22:00
Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında məğlubiyyət acısı yaşayıb.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" 2-ci turda "Yaqelloniya" ilə qarşılaşıb.
Rahilin komandası doğma azarkeşlər önündə son çempiona uduzub. "Radomyak" 0:2 hesabı ilə geriyə düşsə də, bərabərliyi bərpa edib bilib. Amma "Yaqelloniya" son dəqiqələrdə 3-cü dəfə fərqlənib - 3:2. Məmmədov bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, Rahil ilk turda matçın son dəqiqələrdə meydana çıxmaq şansı qazanıb.
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
- Lebonun ardından o da "Araz-Naxçıvan"a gəlmədi - Yüksək maaş problemi
- "Qarabağ"ın rəqibi ulduz futbolçu üçün danışıqlara başlayıb
- Avropa çempionu "Milan"da oynayacaq
- Azərbaycan Kubokunun finalı mövsümün gedişində baş tutacaq
0
0