"Real" "Çelsi" və "Arsenal"la yarışacaq
09.01.2024 - 11:05
"Sportinq"in mərkəz müdafiəçisi Usman Diomend Avropanın aparıcı klublarının maraq dairəsindədir.
Apasport.az "Fichajes" nəşrinə istinadla xəbər verir ki, “Real” yanvarda “Arsenal” və “Çelsi”nin maraqlandığı 20 yaşlı Diomendin transferini həyata keçirməyə hazırlaşır.
Kot d-İvuarlının müqaviləsində sərbəst qalma məbləği 80 milyon avrodur. "Transfermarkt" isə oyunçunun qiymətini 40 milyon avro olaraq qiymətləndirir. Diomend bu mövsüm "Sportinq"in heyətində 21 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
- Azərbaycanın 7 gimnastı beynəlxalq yarışda finala vəsiqə qazanıb
- Dmitri Polyaruş Bakıda seminar keçirib
- Reqekampfdan Arif Əsədova cavab: "Milliyə gedən futbolçular hazırdırlar"
- Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib
- Rumıniyalı məşqçi: “Petresku heç vaxt “Qarabağ”a rəqib olmaq istəməz”
0
0