"Real Madrid" hakimi şikayət etdi
19.03.2024 - 09:06
Madrid klubu "Real" - "Osasuna" (4:2) matçının hakimliyindən narazı qalıb.
Apasport.az xəbər verir ki, "Real"ın futbolçusu Vinisius Juniorun əleyhinə səsləndirilən şüarlar matçın hesabatına əlavə olunmadığı üçün klub hakimi şikayət edib.
Madridlilər hakim Xuan Martinez Munuera haqqında İspaniya Futbol Federasiyasının İntizam Komitəsinə şikayət etdiyini açıqlayıb.
Qeyd edək ki, Vinisius Junior daha əvvəl bir çox matçda rəqibləri tərəfindən oxşar davranışa məruz qalmışdı.
- İslandiyanın baş məşqçisi: "Azərbaycanla oyunda qələbə qazanmalıyıq"
- "Sumqayıt"ın baş məşqçisi: "Rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik"
- "Napoli"nin prezidenti futbolçuları evə buraxmayıb
- Naxçıvan keçiriləcək Olimpiada ilə bağlı iclas keçirildi
- Klub prezidenti Regekampfın maaşını açıqladı - “1,5 milyon
0
0