"Real Madrid" Mendinin gələcəyi ilə bağlı qərar verib
25.04.2024 - 14:54

“Real Madrid” fransalı futbolçusu Ferland Mendi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, "kral" klubu 28 yaşlı müdafiəçi ilə yeni müqavilə bağlamaq niyyətindədir.
Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin sonunda başa çatacaq. Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq. Ferlandın transfer qiyməti 20 milyon avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, komandası Çempionlar Liqasında yarımfinala yüksələn Mendi, bu mövsüm La Liqada keçirilən 21 oyunda forma geyinib.
- "Yuventus" Poqba ilə yollarını ayırıb - RƏSMİ
- Zaur Həşimov: “Qarabağ” heyətinə görə əvvəlki illərdən daha zəifdir” - Müsahibə
- Avropa Liqası: “Qalatasaray” xal itirdi, “Beşiktaş” yenə məğlub oldu - YENİLƏNİB
- “Barselona” “Mançester Yunayted”in oyunçusundan əl çəkmir
- Taekvondoçularımız lisenziya xarakterli yarışa yollandı
0
0