"Real Madrid" və Dubay ortaqlığı
07.10.2023 - 11:09

Madrid “Real”ı daha bir yeniliyə imza atmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, “kral klubu” Dubay Turizm və Ticarət Marketinq Korporasiyası ilə əməkdaşlıq edərək şəhərdə əyləncə parkı açacaq.
Tərəflər müvafiq sazişi oktyabrın 5-də imzalayıblar. Sözügedən park Yaxın Şərqin ən böyük əyləncə kompleksi olan “Dubai Parks and Resorts”da yerləşəcək. Parkın açılış tarixi və əməliyyatın məbləği haqda hələlik məlumat verilmir.
Qeyd edək ki, burada Madrid klubu ilə əlaqəli muzey, attraksionlar və suvenir mağazaları ziyarətçilərin ixtiyarına veriləcək.
- “Araz-Naxçıvan” - “Səbail” matçının vaxtı bəlli olub
- "Qarabağ" elə komandadır ki, səhv etdinsə, səni bağışlamayacaq" - Şəhriyar Əliyev
- Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
- "Neftçi"nin sabiq icraçı direktoru ABF-nin icraçı vitse-prezidenti təyin edilib
- II Liqaya düşmüşdü - AVROPA LİQASINDA İŞTİRAK EDƏCƏK
0
0