"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe təcavüzdə ittiham olunur.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, İsveç polisi fransalı hücumçunun bir qıza cinsi təcavüz etməsi ittihamı ilə bağlı araşdırmalara başlayıb.
Bununla bağlı “kral” klubunda təcili iclas keçirilib. Rəhbərlik yeni ulduzun başına gələn qalmaqalı müzakirə edib.
Xatırladaq ki, Kilian Madrid komandasının sıralarına yay "transfer pəncərəsi"ndə qoşulmuşdu. O, 5 illik əmək müqaviləsi bağlayaraq, azad agent kimi PSJ-dən La Liqa klubuna keçib.
Bu mövsüm Mbappe Madrid komandasının heyətində 11 matçda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Gimnaziadanın açılış mərasimi keçirilib
- Laurentsiu Regekampf: “Bu vəziyyətdən çıxacağıq” - MÜSAHİBƏ
- İsveç millisinin üzvü Premyer Liqada klubunu dəyişə bilər
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”