“Real” müdafiəçisini icarəyə verdi
15.07.2023 - 15:21
“Real”ın futbolçusu Xesus Valyexonun yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Qranada”ya icarəyə verilib.
26 yaşlı ispaniyalı mövsümün sonunadək icarədə olacaq. O, 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər də “Qranada”da çıxış edib.
Qeyd edək ki, ötən mövsüm cəmi 4 oyunda meydana çıxan Xesus 88 dəqiqə şans qazanıb.
- "Sabah" Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq
- “Neftçi” “Karvan-Yevlax”la matçın hazırlıqlarını başa vurub
- “Vilyarreal”ın müdafiəçi Premyer Liqa klubunda
- "Qarabağ" - "Dinamo" matçının başlama saatı dəqiqləşib
- Kristian Avram: "Baş məşqçi dəyişikliyi komandaya çox yaxşı təsir etdi" - Müsahibə
0
0