“Real”a hücumçu lazım deyil
10.06.2022 - 23:12
“Real” yay transfer pəncərəsində hücumçu almayacaq.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu bu mövqeyə oyunçu axtarmamağa qərar verib.
PSJ-də qalmağa üstünlük verən Kilian Mbappenin keçidi baş tutmadıqdan sonra madridlilər hücum xəttinin təcili gücləndirilməsinə ehtiyac duymur. Çünki bu heyətlə Çempionlar Liqası və La Liqada qalib gəlmək mümkün olub.
Mariano Dias və Luka Yoviç komandadan ayrılsa, “Xetafe”dən icarədən qayıdan Borxa Mayoral heyətdə qalacaq. O, hücum xəttində yeganə yeni ad olacaq. Həmçinin Eden Azarın əvvəlki formasını bərpa edəcəyi gözlənilir.
- Ancelottidən Arda Gülərli sistem
- Gürcüstan millisinin çalışdırıcısı: "1/8 finala yüksəlməyin mümkün olduğunu düşünmürdük"
- Qurban Qurbanov: “Hakimlər sanki bir az təzyiq altındadır”
- Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək - TARİXDƏ İLK DƏFƏ
- Joao Feliks karyerasını harda davam etdirəcək?
0
0