“Real”dan Niko Paz qərarı: "Komo" 60 milyon verməlidir
23.06.2026 - 01:21
“Real”dan Niko Paz qərarı: "Komo" 60 milyon verməlidir

“Real Madrid” Niko Pazın transferindən yüksək gəlir əldə etmək niyyətindədir.

Apasport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Mənbənin iddiasına görə, Madrid klubu argentinalı yarımmüdafiəçinin keçidi üçün “Komo”dan 60 milyon avro tələb edir.

“Real” futbolçunun son mövsümdəki çıxışını nəzərə alaraq onun dəyərinin əhəmiyyətli dərəcədə artdığını düşünür və yalnız bu məbləğ qarşılığında transferə razılıq verməyə hazırdır.

Qeyd edək ki, 21 yaşlı Niko Paz ötən mövsüm “Komo”nun heyətində bütün turnirlərdə 38 oyuna çıxaraq 8 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Argentinalı futbolçu 2024-cü ilin yayında “Real Madrid”dən icarə əsasında “Komo”ya keçmişdi.