“Real”dan xahiş: “Müqaviləni uzatma”
26.09.2022 - 22:34
Cud Bellinqemin Dortmund “Borussiya”sı ilə müqaviləni uzatmaq istəməməyinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu ingiltərəli yarımmüdafiəçidən “Real” xahiş edib.
İspaniya klubu 19 yaşlı hücumçunu 2023-cü ilin yayında heyətinə qatmaq fikrindədir. Üç ilə yaxındır Cuda maraq göstərən “Real” onun anlaşmasını uzatmamasında maraqlıdır. “Borussiya” yarımmüdafiəçini 2025-ci ilədək rənglərinə bağlamaq istəyir.
Qeyd edək ki, Cud cari mövsümün 10 matçında 3 qol vurub.
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- Boksçular üçün 5 milyonluq kubok - DÇ-nin mükafat fondu artırıldı
- Fransadan "Beşiktaş"a qadağa
- Belarus yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb
- “Atletiko” “Sportinq”in ulduzu ilə maraqlanır
0
0