“Real”ın heyətində daha bir İTKİ
10.11.2025 - 23:57
“Real”ın heyətində daha bir İTKİ

“Real Madrid"in daha bir futbolçusu sıradan çıxıb.

Apasport.az xəbər verir ki, Federiko Valverde İspaniya La Liqasının XII turu çərçivəsində keçirilən “Rayo Valyekano” ilə oyunda (0:0) zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. 

27 yaşlı oyunçu bu səbəbdən Uruqvay millisinin düşərgəsinə qoşulmayacaq.

Xatırladaq ki, “kral klubu”nun qapıçısı Tibo Kurtua da daha əvvəl qasıq əzələsindəki zədə səbəbindən sıradan çıxmışdı.