“Real”ın hücumçusu Premyer Liqa klublarının hədəfində
19.11.2025 - 00:26
“Real Madrid”in üzvü Qonzalo Qarsiya karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, hücumçu ilə “Sanderlend”, “Aston Villa” və “Vulverhempton” klubları yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, La Liqa təmsilçisi gənc futbolçu üçün 20 milyon avro tələb edir.
Yaxın günlərdə hər üç komandanın forvardın transferi ilə bağlı “kral klubu”na rəsmi müraciət etməsi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı hücumçu Qarsiyanın “Real”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
- Almaniya millisinin üzvü “Siti”nin hədəfində
- Əvəzedicilər Liqasının bombardiri mükafatlandırılıb
- ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi, “İnter” son dəqiqədə 3 xal qazandı - YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- “Milan”dan Ramos həmləsi - PSJ-yə rəsmi təklif göndərildi
0
0