Baş məşqçi Alvaro Arbeloa ilə yolları ayıracağı gözlənilən Madrid "Real"nın sözügedən posta yeni namizədi bəlli olub.
Apasport.az xəbər verir ki, komandanın "sükanı arxası"na Maurisio Poçettino gətirilə bilər.
Bu barədə İspaniya mediasında məlumat yayılıb.
ABŞ millisi ilə Dünya Kubokuna vəsiqə qazanan 54 yaşlı mütəxəssis daha öncə "Çelsi", PSJ, "Tottenhem", "Southempton", "Espanyol" kimi klubları çalışdırıb.
Xatırladaq ki, argentinalı çalışdırıcının rəhbərliyi altında "Tottenhem" UEFA Çempionlar Liqasının 2018/19 mövsümündə finala qədər yüksəlməyi bacarmış, lakin yekunda "Liverpul"a (2:0) məğlub olaraq kuboku əldən vermişdi.
- Millimiz Qazaxıstanı məğlub edib
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Əfsanə idmançının forması 24 milyona satıldı
- "Neftçi"nin yeni transferi: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır" - Müsahibə
- Alleqri Ançelottinin rekordunu qırdı