“Real”la oyunları buraxa bilər
17.03.2023 - 09:53
"Barselona" ciddi itki ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisinin aparıcı futbolçusu Usman Dembele sıradan çıxıb.
Omba zədəsindən əziyyət çəkən fransalının müalicəyə ehyitacının olduğu bildirilir. Həkimlərin rəyinə əsasən, bu tip zədələrdə sağalma prosesi düşünüldüyündən də uzun çəkə bilir.
Bu səbəbdən də Dembele martın 19-da La Liqada və aprelin 5-də isə İspaniya kubokunda “Real”la oyunu buraxa bilər.
Qeyd edək ki, Dembele cari mövsümdə 28 matçda 8 qol vurub.
- Mourinyonun cəzası MÜƏYYƏNLƏŞDİ
- Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"
- Latviya çempionatında qol vuran azərbaycanlı: “Davamı gələcək”
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
- Fransanın futbolçusu ilin sonuna qədər sıradan çıxdı
0
0