Remsi Beylin yanına gedir
29.07.2022 - 22:38
Daha bir ulduz futbolçu karyerasını MLS-də davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Uels millisinin üzvü Aaron Remsi “Los-Anceles”ə keçə bilər.
Bu keçid baş tutsa, yarımmüdafiəçi yığmadakı komanda yoldaşı Qaret Beyllə çiyin-çiyinə çıxış etmək imkanı qazanacaq. Amma onun xidmətində digər klublar da maraqlıdır. “Arsenal” və “Yuventus”dakı çıxışı ilə tanınan Remsi “Montsa”nın da hədəfindədir.
Qeyd edək ki, yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.
- Yamal dünya futbolunun ən yaxşı vunderkindləri reytinqinə başçılıq edir
- Yaylagül Ramazanova sıralama turunu 39-cu yerdə başa vurub
- “Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB
- Türkiyə Futbol Federasiyasından "Ali Koç hadisəsi"ylə bağlı açıqlama
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
0
0