Renat vurdu, komandası qələbə qazandı
04.08.2025 - 12:03

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor Lublin" yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, Polşa təmsilçisi Yunanıstanın “Asteras” klubunu 4:2 hesabı ilə məğlub edib.
Yığmamızın üzvü Renat Dadaşov qarşılaşmanın 46-cı dəqiqəsində fərqlənərək hesab arasındakı fərqi iki topa yüksəldib.
Xatırladaq ki, “Motor Lublin” Polşa Ekstraklasasında yeni mövsümə 2 oyundan 3 xalla start verib və hazırda turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
0
0