“Roma” yeni transferini açıqlayıb
23.01.2025 - 22:26

İtaliya A Seriyası komandalarından "Roma" heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub “Ayaks”dan Devay Rensxi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən “Roma” oyunçu üçün qarşı tərəfə 5 milyon avro ödəniş edib.
Niderlandlı futbolçu yeni komandasında “2” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, müdafiəçi bu mövsüm “Ayaks”ın heyətində iştirak etdiyi 26 rəsmi matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Mançester Yunayted”dən əzmkar qələbə
- Basketbol millimiz Avropa çempionatında final oyununa çıxacaq
- Hakimə hücum edən klub prezidenti üçün tələb olunan cəza müəyyənləşib
- Milliləşdirilmiş legionerimiz: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ
- “Mançester Siti”nin 57 oyunluq seriyası QIRILDI
0
0