İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın futbolçusu Nikola Zalevski klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "İnter" polşalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Milan təmsilçisi 23 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.
Atıq klublar arasında danışıqlar başlayıb.
Xatırladaq ki, bir müddət əvvəl Fransanın "Marsel" komandası futbolçu üçün "qurdlar"a təklif göndərmiş, lakin rədd cavabı almışdı.
Qeyd edək ki, Nikola Zalevski "Roma"nın yetirməsidir. Polşa millisinin üzvü bu mövsüm meydana çıxdığı 17 rəsmi matçda 2 assistlə yadda qalıb.
- Millinin futbolçusu klub tapmadığı üçün karyerasını bitirdi
- Rauf Hüseynli: "VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı"
- “Bavariya” futbolçusunu icarəyə göndərib
- Millimizin baş məşqçisi: “Hazırda güləşlə məşğul olan qızların sayı çoxdur”
- Gürcüstan millisinin hücumçusu Almaniya klubunda - Rəsmi